Interposta.Info

Şüşə tabutun içində

Ölkə
 20-05-2017, 07:20     766

Ötən il ABŞ-ın San Fransisko ştatında tikinti fəhlələri, qurğuşun və mislə hazırlanmış, şüşə bölməli kiçik bir tabut tapıb.

interposta.info Moderator.az-a istinadən xəbər verir ki, tabutun şüşə qismini təmizləyən işçilər, içini görəndə dəhşətə gəliblər.

Tabutun içində olan qızın cansız bədəni, 100 ildən artıq burada qaldığı məlum olub. Həmçinin körpənin bədəni heç bir şəkildə zərər görməyib. Hətta onunla birlikdə basdırılan bənövşəyi güllər də olduğu kimi qalıb.
Şüşə tabutun içində

Araşdırmaya görə məlum olub ki, ölən qızın adı Edith Kukdur və 13 oktyabr 1876-cı ildə həyatını itirib. Balaca qız 3 yaşında dünyasını dəyişib. Kiçik qızın ölüm səbəbinin isə infeksiya və qidalanma çatışmazlığı olduğu ehtimal edilir.
Şüşə tabutun içində

Qeyd edək ki, balaca qızın şüşə tabutda olduğu kimi qalma səbəbi hələdə sirr olaraq qalır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26