Interposta.Info

İtirdiyi 1000 lirəni tapan qadın

Ölkə
 19-05-2017, 14:34     746

Türkiyənin Çorlu bölgəsində yaşayan 56 yaşlı qadın 2009-cu ildə yaşadığı evdən köçüb. Yeni evində gizlətdiyi 1000 lirənin yerini unudan 56 yaşlı qadın nəhayət ki, pulları tapıb.
56 yaşlı Rəsmiyyə Kocaman evdə gizlətdiyi pulları tapsa da, artıq onların bir önəmi qalmayıb. Banka müraciət edərək dövriyyədən çıxmış pullarının qarşılığını almaq istəyən qadın qarşılaşdığı vəziyyətə görə dəli olub.
Bütün səylərinə baxmayaraq, kompensasiyanı ala bilməyən qadının psixologiyası ciddi şəkildə zədələnib. Qadın hadisə ilə bağlı Rəcəb Tayyib Ərdoğana məktub yazıb.
Pul görəndə qeyri-ixtiyari əsməyə başlayan qadın müalicə almaq üçün köməl istəyib:
"Bu pullara o vaxt bir ev almaq olardı. Mən özümü yaxşı hiss etmirəm. Bu hadisə səbəbindən sağlamlığımı itirdim. Pul görəndə titrəmə tutur. Nəfəs ala bilmirəm. Bir ev alsam, kifayətdir. Prezidentdən mənə kömək etməsini istəyirəm"./publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26