Interposta.Info

Gələn aydan ölkəyə güclü axın olacaq –

Ölkə
 17-05-2017, 17:54     716

Kirayə bazarında qayda-qanuna riayət olunmalıdır.

Bu sözləri Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyahı tərtib edilməlidir ki, kim kirayə verirsə, dövlətə vergi ödəsin:

“Kirayə verənlər bu işin məsuliyyətlini qəbul etməlidirlər. Sanitar-gigiyenik normalara, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etməlidirlər. Özbaşına, kim gəldi kirayə verə bilməz”.

Müzəffər Ağakərimov qeyd edib ki, turistlərin sayı gündən-günə artır:

“Göz qabağındadır ki, ölkəyə gələn turistlərin sayı artıb. Bu, əsasən özünü otellərdə, hostellərdə göstərir. Hostellərdə boş yer tapmaq çətinləşib. Şəhərdə qonaqları, regionlarda ərəb, iranlı, rus turistləri görəndə sayın həqiqətən çox artdığını görürük”.

Ekspert əlavə edib ki, hostellərlə kirayə evlər arasında fərqlər var:

“Hostellər nəzarət altındadır. İnzibatçı səhərə kimi orda olur. Hər hansı əyər-əskiklik varsa, düzəldilir. Kirayədə isə turist özbaşına qalır. Yaxın vaxtlarda hostellərin standartları hazırlanacaq. Hostellərin sayı çoxalmalıdır. Nəinki Bakıda, rayonlarda da yaradılmalıdır. Gələcəkdə ehtiyac yaranan sahə olacaq”.

Müzəffər Ağakərimovun sözlərinə görə, İslamiadadan sonra Azərbaycanı tanımayan Malaziya, İndoneziya və digər müsəlman ölkələrindən də güclü turist axınları gözlənilir:

“Buna görə də biz keyfiyyətli kadrlar hazırlamalı, yeni otellər inşa etdirməliyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26