Interposta.Info

Lənkəranskinin klanında qarşıdurma

Ölkə
 17-05-2017, 07:26     698

Ötən ilin avqustunda İstanbulda güllələnən azərbaycanlı “qanuni oğru” “Rövşən Lənkəranski”nin klanında ciddi parçalanma baş verib.

interposta.info
musavat.com-a istinadən xəbər verir ki, Şeyx Həmzət” ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun “qanuni oğru” adı almasına görə klanda ciddi qarşıdurma yaranıb. İş ondadır ki, “Lənkəranski”nin yaxın ətrafına daxil olan, son illər Türkiyədə məskunlaşan “Şeyx Həmzət” hələ də “qanuni oğru” deyil. O, bir neçə dəfə buna cəhd etsə də, “Lənkəranski”nin razılığını ala bilməyib. “Lənkəranski”nin qətlindən sonra onun Türkiyədəki obyektlərinə yiyələndiyi deyil “Şeyx Həmzət” indi bu adı almaq üçün fəaliyyətə başlayıb.

O, Almaniyada yaşayan 71 yaşlı kriminal avtoritet Valter Caceyanın dəstəyi ilə bu titula sahiblənmək istəyib. Rusiyanın “1 nömrəli” “qanuni oğru”su hesab edilən Zaxari Kalaşov (“Şakro Molodoy”) həbsdə olduğu müddətdə hələ heç bir kriminal klan kiməsə “qanuni oğru” adı verməyib.
Lənkəranskinin klanında qarşıdurma

Çünki “Şakro” titulun verilməsi ilə bağlı sərt qadağalar qoyub. İndi isə 71 yaşlı Caceya “mən “Şakro”nun həbsdən çıxmasını gözləyən deyiləm” deyərək “Şeyx Həmzət” “qanuni oğru” adı verilməsi məsələsini müzakirəyə çıxaracağını deyib. “Lənkəranski” klanında yer almış “Kor Əhməd” bu məsələdə “Şeyx Həmzət”ə dəstək vəd edib. Rövşən qətlə yetiriləndə onun yanında olan “Hacı Beyləqanski” yə zəng edən Caceya qarşı tərəfdən sərt cavab alıb. “Beyləqanski” deyib ki, o, “Şeyx Həmzət”in statusunu deyil, onun “taclandırması” məsələsi ilə məşğul olmalıdır. Caceye bu cavabdan qəzəblənib və “Beyləqanskinin” hələ uşaq olduğuna işarə edən sözlər deyərək telefonu “Şeyx Həmzət”in üstünə atıb. “Şeyx Həmzət” isə Hacını Rövşənin xatirəsi satmaqda ittiham edib, onu “Quli” yə tərəf keçməkdə ittiham edib. Rusiya mediası iddia edir ki, kriminal avtoritetə “Quli” klanı zirehli maşın və 30 min dollarlıq saat bağışlayıb...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26