Interposta.Info

Tanımadığı adamlarla yol gedir, hər 1 kilometrə 12 manat alır -

Ölkə
 15-05-2017, 07:22     856

Amerikalı Chuck Mccarthy özündən maraqlı peşə icad edib. Peşənin adı "İnsan gəzdirici" adlanır. Chuck bu peşəni şəhərdə yalnız gəzən insanlara yoldaşlıq etmək və qazanc mənbəyi üçün icad etdiyini deyib.
Əslən amerikalı olan Chuck Mccarthy 2016-cı ildən bu işə başlamağa qərar verib. O bir gün şəhərdə gəzərkən qəhvə dükanının yanındakı dirəyə vurulan elanı görüb. Bənzər "peşə" meksikada bir vətəndaş tərəfindən yerinə yetirilir. Chuck qərara gəlir ki, Amerikada bu işi o, özü başlatsın. Beləliklə maraqlı elan hazırlayıb şəhərdə mümkün ola biləcək hər yerə yapışdırır. Hər şey elanı görənlərin Chucka zəng etməsi ilə başlayıb.
İşin konsepsiyası əslində çox sadədir: səbəbi nə olursa olsun, gedərkən birinin sənə müşayiət etməsini istəyirsənsə, Chucka zəng etmək kifayətdir. Yol boyu gedəcəyiniz ünvana qədər sizi müşayət edəcək. Qarşılığında isə hər kilometrə görə 7 dollar ödəyəcəksiniz. İlk başlarda bu iş əlbəttə bir zarafat kimi qəbul edilib. Yalnız yaz aylarında ölkəyə gələn turistlərin elanı görməsi ilə bu maraqlı peşə əməlli başlı "iş" halına gəlib.
Gündə ən az 5 insana bələdçilik edən Chuck dünyanın bir sıra ölkələrindən təkliflər alıb. Ölkələr arasında Norveç və Fransa da yer alır.
Chuckın fikrincə, insanların təzyiq olmadan, stress yaşamadan biriləri ilə söhbət etməyə ehtiyacları var. O, bir neçə insanla gəzdikdən sonra bu qənaətə gəlib:

"İnsanlar o qədər yorğundur ki, ətrafdakı sünilikdən uzaqlaşmaq istəyir. Onları tanımayan, haqqlarında heç nə bilməyən, yaşadıqlarına görə onları qınamayan insanlarla rahat söhbət etməyə ehtiyac duyurlar."
İnsanlarla danışmaqdan və onların həyatları haqqında maraqlı şeylər öyrənməkdən zövq aldığını deyən Chuck danışmaqdan çox dinləməyi sevdiyini deyib:
"İnsanları başa düşmək üçün sadəcə dinləmək lazımdır. Qulaqla deyil, qəlblə dinləmək önəmlidir. Mən də məhz bunu edirəm. Düşünürəm ki, bunun müqabilində 7 dollar heç nədir".
Chuck deyir ki, dünyanın müxtəlif yerlərindən olan insanlarla yol yoldaşı olub:

"Bu iş mənə həm çoxlu dost tapmaqda, həm də dil biliklərimi təkmilləşdirməkdə kömək olub. İnsanlar bəzən mənə sual verir ki, danışdıqlarımız aramızda qalacaq? Mən onları əmin edirəm ki bu söhbət heç yaşanmamış kimi aramızda qalacaq. Bundan sonra onlar dərin bir nəfəs alıb söhbətə davam edirlər".
Chuck onu da qeyd edib ki, hazırda Los Ancelesdə yaşayır. Tanınmış insanların böyük əksəriyyəti bu ərazidə yaşayırlar. Bu günə qədər bir çox tanınmış simalarla yol yoldaşı olub:
"Mən danışdıqlarımızın aramızda qalmasına zəmanət verirəm. Yalnız bəzən elə hallar olur ki, insanlar danışdıqları məlumatları ətrafa yaymaq istəyirlər. Müəyyən məbləğ qarşısında mən onların bu istəklərini də yerinə yetirə bilərəm"./publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26