Interposta.Info

Gəncədə yola pul səpdilər:

Ölkə
 11-05-2017, 19:40     1 025

Gəncə şəhərində toy karvanında yola çoxlu pul səpilib. Yaxınlıqdan keçən sürücülərin avtomobilləri saxlayaraq digər şəxslərlə birlikdə pul yığması səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti bir neçə dəqiqəlik dayanıb.

Report-un məlumatına görə, şəhərin Ataturk prospektində "Xan bağı" parkının qarşısında hərəkətdə olan toy karvanında olan avtomobillərdən yola pol səpilib. İçərisində 10 manatlıq əksinazların da olduğu pulları yığmaq istəyən vətəndaşlar, habelə onlara qoşulan maşın sürücüləri nəqliyyatın hərəkətinin bir neçə dəqiqəlik dayanmasına səbəb olub.

Toy karvanın kimə məsus olduğu barədə hələlik məlumat yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26