Interposta.Info

Dünyanın ən varlı insanının telefonu görənləri heyrətləndirdi -

Ölkə
 11-05-2017, 07:20     657

Böyük bir uğur hər zaman təqdir edilir. Hətta ən əsassız görünən seçimlərin arxasında belə hörmət edilməsi lazım olan bir fəlsəfə yatır. Dünyanın ən yaxşı sərmayəçisi kimi təqdim edilən və ticarətin qızıl adlarından olan Uorren Buffett inanılmaz dərəcədə zəngin adamdır. Amma digər milyonçulardan fərqli olaraq özünün idman avtomobillərə və bahalı. dəbdəbəli həyata pul xərcləmir. Buffett ağlını istifadə edərək qazandığı milyonlarla gənc yaşlarından bəri iqtisadiyyat dünyasını heyrətə salıb.

Halından olduqca məmnun olan Buffettin texnologiya ilə arası bir o qədər də yoxdur. Hətta bu çərçivədə yaşayan son milyonçulardan olduğunu desək, yanılmarıq. Çünki o, heyranlıq doğuracaq bir səbəblə son model telefon istifadə etmir. Üstəlik Apple-in səhmələrinin bir hissəsinin sahibi olmasına baxmayaraq!

Bəs niyə istifadə etmir? O, texnologiyadan nifrət etdiyi üçün telefonlardan imtina etməyib. Bir çox texnologiya firması üçün investisiyalar yatıran birinin texnologiyadan nifrət etməsi onu uğurlu bir iş adamı etməz. Buffett özü müasit telefonlardan imtina etməsini "həyatını sadələşdirmək"lə əlaqələndirdiyini deyib.
Dünyanın ən varlı insanının telefonu görənləri heyrətləndirdi  -



Buffett 2013-cü ildə CNN-nə müsahibədə "Mən 20 və ya 25 yaşıma gələnə qədər sahib olduğum heç nəyi atmamışam" deyir. Əlində tutduğu Nokia markalı qapaqlı telefonu da iş həyatını dayandırana qədər dəyişməyəcəyini dilə gətirir.

Dünyanın ən uğurlu insanlarından belə ifadələr eşitmək bizə olduqca maraqlı gələ bilər. Ancaq həqiqətən də, gerçək texnologiyanın cibimizdə olmadığını, onların bir istehlak malından ibarət ticari məhsullar olduğunu tez-tez xatırlatmaqda fayda var./moderator.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26