Interposta.Info

Dünyanın ağılasığmaz evlilikləri -

Ölkə
 9-05-2017, 22:56     620

İnsanlar var ki, onlar evlənmək üçün öz partnyorlarının əks cinsdən deyil, heyvanlardan, cansız əşyalardan olmasını istəyir.

Hindistanda bir kişi iki iti daşlayaraq öldürdüyü üçün lənətə uğradığını düşünərək, görücü yanına gedir. Görücü isə ona itlə evlənmə təklifini verərək, bildirir ki, itlə evlənsə, bütün lənətlərdən qurtulacaq. Həmin kişi 2006-cı ildə bir dişi itlə evlənir. Hindistanda heyvanlarla evlənmənin xalq arasında dini bir önəmi vardır.

Şadil Defi adlı oğlan isə ağır iş rejimini əsas gətirərək 10 il sevgilisi olduğu qıza evlənmə təklifini gecikdirir. Bir gün qız qəzaya düşərək ölür. Vicdan əzabı çəkən Defi evlənmək qərarına gəlir və qızın ailəsinin icazəsi ilə dəfn mərasimi zamanı sevgilisi ilə evlənir.

Güney Afrika vilayətlərinin birində 9 yaşlı oğlanla 62 yaşlı qadın evlənib. Bu evliliyi atasının istəyi ilə həyata keçirdiyini deyən oğlan dünyanın ən cavan bəyi olub. Bəyin ailəsi bu evliliyin simvolik olduğunu və bunula üzərlərində olan lənətdən qurtulduqlarını bildirib./Teleqraf.com

interposta.info videonu təqdim edir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26