Evsiz-eşiksiz kişinin 4 günlük OTEL MACƏRASI

Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb.
interposta.info xəbər verir ki, 61 yaşlı kişi ödəniş etmədən oteldən çıxmaq istəyib, lakin “Grand Hotel”in personalı müəssisəyə polis çağırıb.
Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib. O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib.
Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir. (report)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26