Interposta.Info

Borclunun arvadını borc yerinə aparmaq istədi -

Ölkə
 3-05-2017, 07:22     730

Türkiyənin Adana şəhərində ilginc olay yaşanıb.

Belə ki, tanışından 5 min Türk Lirası alan şəxs onu ödəyə bilməyib. Borcunu geri ala bilməyən 35 yaşlı Türkiyə vətəndaşı borc verdiyi şəxsi təhdid edərək ona bildirib ki, verdiyi pulu geri qaytarmasa onun arvadını əlindən alacaq.

İşin qeyri-adi hissəsi də bundan sonra baş verib. Belə ki, borc verən şəxs pul verdiyi adamın arvadı ilə birgə dərzi işlədiyi atelyeyə gəlib və onun arvadına üzük uzadaraq bildirib ki, sən artıq mənimsən. Zorla arvadı özüylə aparmaq istəyəndə qadının əri bıçaqla həmin şəxsin üzərinə hücum çəkib. Nəticədə borc verən şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib./Moderator.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26