Interposta.Info

İran Azərbaycanın tarixi yer adlarını farslaşdırır -

Ölkə
 1-05-2017, 07:26     506

Sulduzda tarixi yer adları adları dəyişdirilib.

interposta.info
axar.az-a istinadən xəbər verir ki, Nəqəde (Sulduz) şəhərinin Balıqçı kənd şurası və icra nümayəndəliyi gözlənilmədən Yeddigöz bölgəsinin adını dəyişərək onun farsca tərcüməsini - “Həftçeşm” adını tabloda yazdırıb. Heç bir əsas olmadan adların dəyişdirilməsi isə yerli əhalinin narazılığına səbəb olub.

Yeddigöz tablosu 3 gün əvvəl quraşdırılsa da, onun Həftçeşmlə dəyişdirilməsi onu göstərir ki, bölgənin rəsmiləri tarixi adları qəsdən və hansısa məqsədlə dəyişdirməyə çalışır.

Qeyd edək ki Sulduzun da tarixi adi dəyişdirilərək Nəqəde qoyulub və hazırda da Nəqəde kimi tanınır. Nəqəde şəhər şurası da Yeddigözün adının dəyişdirilməsinə öz etirazını bildirib.

interposta.info
İran Azərbaycanın tarixi yer adlarını farslaşdırır -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26