Interposta.Info

18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -

Ölkə
 27-04-2017, 17:13     697

Amerikalı memar Kris Heninq 18 kv metrlik yığcam konstruksiyanı lüks bağ evinə çevirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, memar təxminən 20 il Yaponiya, Hindistan və Çində yaşayıb. Bu ölkələrin sənətkar və ustaları evin interyerini yığcam, amma çox gözəl düzəldir. Onlar ailə üzvlərinin sayına görə bir neçə kv metrlik otaqda sadəcə ən lazımlı əşyaları yerləşdirirlər.
Asiya xalqlarının memarlıq üsullarından bəhrələnən Kris Amerikaya qayıtdıqdan sonra özü üçün uzunluğu 6, eni isə 3 metr olan ilk yığcam ev tikib. Lazım olan hər şeyi şkafların daxilinə yerləşdirib.
İndi Kris belə evləri sifariş ilə 60 000 dollara tikir. Onlar demək olar ki, hazır şəkildə quraşdırılır və sifariş olunan əraziyə daşınır.
Bəlkə də qiyməti sizi qane etməyəcək, ancaq razılaşın ki, evin belə ustalıqla düşünülmüş daxili quruluşu heyrət doğurur.

interposta.info
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - 18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -
18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26