Interposta.Info

Traktorçu həkimliklə 500 min dollar qazandı -

Ölkə
 27-04-2017, 07:20     434

Özbəkistanda traktor sürücüsü saxta sertfikatla həkimlik edərək nə az, nə çox 500 min dollar gəlir əldə edib.

Hadisə ölkənin Buxara vilayətində baş verib.

Belə ki, Qəhrəman Pulatov adlı özbək guya Qazaxıstan Səhiyyə Nazirliyinin verdiyi Beynəlxalq Psixoloqlar, Həkimlər və Ənənəvi Tibb Dərnəyi sertifikatı əldə edib.

Bir il əvvəl tibbi xidmətin təşkil edilməsi məqsədilə özəl şirkət açan Pulatov yaxın qohumlarını da bu işə cəlb edib. Fəaliyyət göstərdiyi 1 il ərzində saxta həkim 500 min dollar qazanıb.

Olay məlum olduqdan sonra cinayətkar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Buxara Məhkəməsi Pulatovun 8 il müddətinə həbs və cərimə edilməsi barədə qərar çıxarıb./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26