Interposta.Info

Törətdiyi cinayət əməlindən yayınaraq

Ölkə
 26-04-2017, 16:40     568

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu il aprelin 14-də dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb.

Q. Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26