Interposta.Info

Millət vəkili kasıbın əmlakını əlindən aldı -

Ölkə
 24-04-2017, 18:50     586

Milli Məclisin deputatı Nəriman Əliyevə bağlı Prezident İlham Əliyevə müraciət edilib.

BakiPost.az xəbər verir ki, şikayət "Ştutqart” mağazalar şəbəkəsinin satıcısı işləmiş şəxs tərəfindən olunub. Rəfiyev Fərhad Rasim oğlu adlı keçmiş satıcı sosial şəbəkə vasitəsilə etdiyi videomüraciətində bu ilin yanvar ayında 10 il satıcı işlədiyi "Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayevin və dayısı, şirkətin qeyri-rəsmi sahibi millət vəkili Nəriman Əliyevin ona və ailəsinə təzyiq nəticəsində bütün əmlakını əlindən aldığını iddia edib.

Şikayətçi bildirib ki, millət vəkili Nəriman Əliyevin ona telefonla və şəxsən görüş zamanı etdikləri təzyiqdən sonra, evi bacısı oglu Əfqan Abdullayevin adına keçirilib. Özünün və qardaşının idarə etdiyi 2 avtomaşın isə, millət vəkili Nəriman Əliyevin qardaşı olgu Əliyev Qubad İmran oğlunun adına keçirilib.

Fərhad Rəfiyevin və valideynlərinin ölkə başçısına ünvanladığı video-müraciəti təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26