Interposta.Info

“Satıb pulunu öz aramızda böldük”:

Ölkə
 21-04-2017, 13:33     479

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini 27 yaşlı Ovçu Hüseynov saxlanılıb.

ARB Kəpəz xəbər verir ki, həmin şəxs rayonun müxtəlif kəndlərində mal-qara oğurluğunda şübhəli bilinir.

Əməllərini etiraf edən Ovçu Hüseynov oğurluq mal-qaranın pulunu kef məclislərinə xərclədiyini də deyib.

Ovçu Hüseynov - Saxlanılan şəxs: “Keçilidən Seyufəlidən, Çaparlıdan və Cəfər Cabbarlı kəndlərindən mal-qara oğurladıq. Həmin heyvanları Tovuz və Bərdə bazarlarında satıb pulunu öz aramızda böldük”.

Xatırladaq ki, Ovçu Hüseynovun ovçu yoldaşları 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov və 20 yaşlı Ruslan İsmayılov bir neçə gün əvvəl saxlanılıb.

İlkin araşdırmalar zamanı dəstə üzvlərinin müxtəlif yaşayış məntəqələrindən ayrı-ayrı şəxslərə məxsus 2 iri buynuzlu və 24 xırdabuynuzlu davarı oğurlaması müəyyən edilib.

Hazırda dəstənin digər cinayətlərdə iştirakı araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26