Interposta.Info

BU DA OLDU:

Ölkə
 21-04-2017, 07:18     2 947

Bu dünyanın özü kimi çılğın olan əhalisi şöhrət üçün indiyədək çox şeyə əl atıb. Amma beləsi heç olmamışdı.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, rəsmləri ilə adını tanıda bilməyən fransalı rəssam Abraam Puenşeval toyuq kimi kürt yataraq yumurta çıxarıb. Həm də muzeydə! On gün qapalı şüşə arxasında, içərisində on yumurta olan xüsusi oturacaq-qabda əyləşib. Beləliklə yumurtaları qızdıraraq onların cücəyə çevrilməsini səbirlə gözləyib. Bu müddətdə yalnız gün ərzində 30 dəqiqə oturduğu yerdən uzaqlaşıb.
Fransanın gözü aydın, deyirlər bu gün sonuncu yumurtadan da nur topu kimi cücə çıxıb. Rəssam özü isə əməlini belə izah edir: “Bilmək istədim ki, toyuq bala çıxardanda nə hiss edir”.

interposta.info
BU DA OLDU:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26