Interposta.Info

Prezident məmurlara elə bir tapşırıq verdi ki...

Ölkə
 19-04-2017, 15:17     470

Prezident tərəfindən verilən tapşırıqlar sürətlə yerinə yetirilməlidir.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, yol xəritəsində təsdiqini tapan əsas istiqamətlər sürətlə reallaşdırılmalı və hər bir məmur öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir:

“Prezident tərəfindən verilən tapşırıqlar sürətlə yerinə yetirilməlidir. Mənə elə gəlir ki, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə məmurlar çox çevik reaksiya verməllidir, tapşırıqlar mütləq vaxtı-vaxtında yerinə yetirilməli və ölkə iqtisadiyyatına bir neçə istiqamətdə ciddi dəstək göstərilməlidir. Xüsusilə də kənd təsərrüfatı, orta və xırda sahibkarlığın fəaliyyəti əsas prioritet sahələrdir. Hesab edirəm ki, hazırda bu istiqamətdə ciddi işlər gedir. Bu işlər ölkə üçün çox mühüm olan yol xəritəsinin icrası ilə bağlı olan məsələlədir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26