Interposta.Info

Bura bizim Universitetdir -

Ölkə
 15-04-2017, 07:35     568


Bu gün Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən "Ədəbiyyat Klubu"nun rəhbəri Əfsanə Ağayevanın təşkilatçılığı ilə tələbələr arasında Yaradıcılıq müsabiqəsi keçirilib.

interposta.info xəbər verir ki, müsabiqəyə BSU-da müxtəlif ixtisaslar üzrə təhsil alan 25 tələbə qatılıb.

Olduqca gərgin və maraqlı keçən müsabiqədə iştirakçılar həm Azərbaycanın məşhur şairlərinin şeirlərini, həm də öz şeirlərini söyləməklə qiraətçilik bacarıqlarını nümayiş etdiriblər.

İstedadlı tələbə-gənclərin yaradıcılıq qabiliyyətlərini qiymətləndirən BSU-nun ədəbiyyatsevər müəllimlərindən ibarət müsiflər heyəti, I-II-III yerlər üzrə qalibləri müəyyən ediblər.

Müsabiqədə Pedaqoqika fakültəsinin tələbəsi Arzu Quliyeva I, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi Jalə Babazadə və Azərbaycan filologiyası filologiya və xarici dil müəllimiyi üzrə təhsil alan Səttar Novruzlu II, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Elnur Şirinzadə, Azərbaycan filologiyası və xarici dil müəllimiyi üzrə təhsil alan Bahar İsmayılova və Firəngiz Məmmədzadə III yerə layiq görülüblər.

Əsl ədəbi-bədii ovqatda keçən müsabiqənin sonunda müsiflər heyətinin üzvləri qalibləri təbrik edib və müsabiqədə iştirak edən bütün yaradıcı gənclərə öz xoş arzularını bildirərək onlarala xatirə şəkili çəkdiriblər.

interposta.info
Bura bizim Universitetdir -
Bura bizim Universitetdir -
Bura bizim Universitetdir -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26