İBRAHİM NEHRƏMLİNİN “HACILIĞI” –

Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Bəli, bu gün ölkəmizdə yüzlərlə, hətta deyərdik minlərlə şəxs Həcc ziyarətinə gedərək hacı adını alır. Kivnews.com olaraq qeyd edək ki, bəzən təəssüflər olsun ki, kimlərinsə bəhsinə, gəzmək xatirinə Həcc ziyarətinə gedənlər var. Belələrinin əməli ilə, Həcci ziyarət etmək üst-üstə düşmür. Naməhrəm işlərindən qalmır, yetim-yoxsula əl tutmur, kimlərinsə haqqına girir və.s. Amma di gəl ki, hansısa məclisdə oturanda adının qarşısında “hacı” sözü deyilməsə inciyir. Təəssüf ki, belə “hacı”lar mövcuddur.
Hətta müsahibələrinin birində millət vəkili Fazil Mustafa da belə “hacı”lardan bəhs etmişdi.
Millət vəkili hesab edir ki, Azərbaycan yeganə ölkədir ki, burada hacı, məşədi, kərbalayi adları hər kəsin adının qabağında titul olaraq düzülür. İnsanlar sırf ziyarət üçün deyil, rekmal xatirinə ziyarətə yollanırlar.
“Gerçək ibadətdən çox adı düşünürlər. Elə düşünürlər ki, bu adım olarsa, o zaman mötəbərliyim qalxacaq. İnsan işləyər, pulun yığar, həm də öz əməli ilə də cəmiyyətdə Həcci əhatə edər və təsadüfən pul tapdımsa, ziyarətə getmək olmaz. Yaxud da oğlum filan vəzifədə işləyir, camaatı çapıb-talayır, oradan gətirdiyi pulla məni Həcc ziyarətinə göndərir. Bu da qəbulolunmazdır. Yəni elə şeylər var ki, İslamın Azərbaycan modelidir və dində belə yanaşma ancaq bizim ölkədə mümkündür. O baxımdan da düşünmək lazımdır ki, Həcc ziyarətini saxtakarlıq yerinə çevirmək günahdır və doğru addım deyil”.
Yeyib-içməyindən qalmayan “hacı”larımız da var. Kivnews.com qeyd edir ki, onlardan biri də tanınmış iş adamı, “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlidir. Adının qarşısında “Hacı” titulunu daşıyan bir şəxsin spirtli içkidən uzaq durması vacib amildir. Amma İbrahim Nehrəmli bunun fərqinə varmadan məclislərdə yeyib içməyindən qalmır. Aşağıdakı videoda konyak içkisi içən İ.Nehrəmli, hətta qonağına da bunu təklif edir. Bəli, Azərbaycan konyakı kimi təqdim edilməsi yaxşı haldır. Amma Həcci ziyarət etmiş bir şəxsin içki içməsi hər kəs, o cümlədən dindarlar tərəfindən normal qarşılanmır.
Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli də hesab edir ki, “Hacı”ların içki məclislərində iştirakı, həmçinin spirtli içki qəbul etməsi yolverilməzdir: “Həccə gedib-gəlmiş insanın spirtli içki qəbul etməsi düzgün deyil. Bildiyiniz kimi, şərab Qurani-Kərimin haram buyurduğu içkidir. Ona görə də Həccə gedən insan xüsusilə diqqətli olmalıdır. Əks halda, açıq-aşkar günah etməklə insanların dinə olan etimadını zəiflətmiş, inanclı insanların bədbinliyinə, inamsızlığının yaranmasına səbəb olar. Həmçinin, içki içənlərin hacılığı sual altına düşür”.
Son olaraq bildirək ki, bir müddət öncə İbrahim Nehrəmli Azərbaycanda kazinoların açılması təklifi ilə çıxış etmişdi. Və bu zaman ölkə dindarlarının hücumuna məruz qalmışdı. Tanınmış dindar hacı Təyyar Hüseynov qumar oyunlarının İslam dinində haram olduğunu deyərək İbrahim Nehrəmlinin bu addımının onun hacı adına yaraşmadığını deyib.https://365info.az/2017/04/07/ibrahim-nehr%C9%99mlinin-haciligi-video-foto/
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26