221 il qazılsa da, dibi görünməyən quyunun lənəti:

Müasir dünyada hələ də ortaya çıxarılmayan sirrlər var.
Bunlardan biri də Kanada da yerləşən Oak adasıdır.
Musavat.com sizə bu sirli ada haqqında maraqlı məlumatları təqdim edir.
OAK adası Kanadanın Quebec əyalətinin şərqində yerləşir. Oak palıd deməkdir. Adanın bir çox hissəsi palıd ağacları ilə örtülü olduğu üçün də bu adaya Oak adını veriblər.
“Dəfinələr adası” kimi də adlandırılan bu ərazinin sirri 1795-ci ildə kəşf olunub. Həmin ilin yaz aylarında 16 yaşında bir gənc, adanın yanından qayıqla keçərkən adaya enmək qərarına gəlib. Qarşısına çıxan ilk cığırla getməyə başlayan gənc palıd ağaclarının arası ilə yoluna davam edib.
Nəhayət, ağacsız boş bir əraziyə gəlib çıxan gənc, ortada yekə bir palıd ağacının olduğunu görüb. Ağacın altında isə yekə bir çuxurun olması gəncin diqqətini çəkib. Bu çuxurun bir xəzinə olacağını düşünən gənc evə dönərək, ertəsi gün iki yoldaşı ilə birlikdə geri dönüb. 60 sm-ə qədər qazdıqdan sonra daşlarla örtülü bir hissəyə çatıblar. 3 metr aşağıda isə palıd ağacının kökləri var idi. Gənclər bu çuxuru boş yerə qazdıqlarının fərqinə varıb, geri dönüblər. Və bu hadisə məsələnin canlanmasına səbəb olub. Gənclər bu hadisəni kənddə hər kəsə danışıb onlardan yardım istəyiblər. Lakin bunun xeyiri olmayıb və istədikləri dəstəyi ala bilməyiblər.
Gənclər istədikləri dəstəyi tam 9 il sonra ala biliblər. Kəndə yeni köçən yerli sakinlərdən biri onlara kömək edəcəyini söyləyib. Və 1804-cü ildə yenidən adaya gediblər.
Her araştırmada sistemin daha derin ve karmaşık olduğu ortaya çıktı.
Qazıntılar başlayıb, ilk mərhələdə 27 metr dərinlik qazılıb. Lakin müəyyən məsafələrdə qəribə detallar ortaya çıxıb.
12 metrdən sonra kömür, 15 metrdə şüşə yapışdırıcı, 18 metrdə Hindistan qozu, tapılıb. Ən qəribəsi isə 27 metrdə baş verib. 27 metrə çatanda qəribə bir daş tapılıb.
Daşın üzərində qəribə yazılar var idi. Yazılanların nə olduğu bilinmirdi. Daşı quyudan çıxardıqdan sonra quyuya su dolub və qazıntılar yenidən dayanıb. 50 il sonra bu daş bir sərgiyə çıxarılıb. Məqsəd daşı yaxşı pula satıb qazıntılara davam edə bilmək idi. Sərgidə iştirak edən bir professor daşın üzərindəki yazıları oxuya bildiyini iddia edib. O daşın üzərində “ 10 metr sonra 2 milyon sterlinq” yazıldığını iddia edib. Bütün bunların çuxura dəniz quldurları tərəfindən yerləşdirildiyi də iddia olunurdu.
1849-cu ildə yeni bir şirkət ortaya çıxdı. Şirkət müasir avadanlıqlarla quyudakı suyu boşaldıb, qazıntılara davam etməyə başladı. 55 metr dərinlikdə içi pul ilə dolu 2 sandıq tapıldı. Hər araşdırmada qəribə detallar ortaya çıxırdı.
1861-1893-1897-ci illərdə də aparılan araşdırmalarda quyuları su basdı və işlər yarımçıq qaldı. Lakin bu quyuda böyük bir xəzinənin olduğu artıq tam təsdiq olunmuşdu.
1959-cu ildə bir ailə bu çuxurda araşdırmalara başladı. Üzərinə 1704 yazılmış bir mərmər daşı parçası tapdılar. Lakin araşdırma zamanı ailə faciə ilə üzləşdi. Çuxurda qurulan avadanlıqlar çökdü. Ailənin oğlu və iki işçi orada öldü.
1976-cı ildə yeni Borehole adlı bir cihaz kəşf olundu. Bu cihaz vasitəsilə çuxurun 70 metr dərinliyinə enmək mümkün oldu. Çuxura endirilən cihazla görüntülü şəkildə dərinliklərdə nələrin olduğunu görmək mümkün idi. Cihaz vasitəsilə 3 sandıq, müxtəlif alətlər və ən qəribəsi isə insan cəsədinin aşkarlanması idi. Cihazın kamerası çuxurdan çıxarılarkən şiddətli su axıntıları ucbatından xarab olub. Çəkilən görüntüləri də əldə etmək mümkün olmayıb.
Son olaraq bu quyuda 2016-cı ilin yanvarında aparılan araşdırmalar zamanı bir qılınc aşkar edilib. Qılıncın 2-ci əsrə və Romalılara aid olduğu iddia edilir. Bu ada haqqında bir filmin ərsəyə gələcəyi də deyilir. Filmin adı “Oak adasının lənəti” olacaq. Bu çuxuru kimin ərsəyə gətirdiyi hələ də məlum deyil. Adadakı araşdırmalar günümüzdə də davam etdirilir. 221 ildir ki, kəşf olunan bu ada sirrini hələ də qorumaqdadır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26