Interposta.Info

Bu ada sakinlərinin koronavirusa yoluxmamasının səbəbləri tapıldı...

Dünya
 13-01-2021, 22:13     347

Alimlər turistlərin dəfələrlə axınına rəğmən İtaliyanın Cilyo adası sakinlərinin “COVID-19”-a yoluxmamasının səbəblərini müəyyənləşdiriblər.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Cilyo adası Toskana sahillərinin yaxınlığında yerləşir və bu günədək yerli əhali arasında hələ də koronavirus yoluxması aşkarlanmayıb. Belə xəstələr yalnız turistlər arasındadır. Eyni zamanda, o da maraqlıdır ki, adaya gələn turistlər yerli sakinlərlə sosial məsafəyə və heç bir karantin tədbirinə riayət etmədən ünsiyyətdə olurlar.

Tədqiqatçılar iki səbəb göstəriblər. Birincisi, adadakı çox təmiz hava. Mütəxəssislərin fikrincə, təmiz hava infeksiyanın yayılmasının məhdudlaşdırılmasında əsas rol oynayır.

İnfeksiyanın yayılmamasının ikinci səbəbinin adanın bütün sakinlərində sıx əlaqəli bir endemik patogenə qarşı immunitetin olduğu hesab edilir. Mütəxəssislər çarpaz reaktiv immunitetin infeksiyaya müqavimətdə mühüm rol oynadığını vurğulayırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26