Interposta.Info

Geyiminə görə ANS-dən qovulan aparıcının yeni iş yeri -

Ölkə
 4-04-2017, 20:15     1 137

ANS-nin keçmiş siması Umka Hacıyeva yeni kanalda işə başlayacaq.

interposta.info
“qafqazinfo”ya istinadən xəbər verir ki, teleaparıcı ARB TV -yə işə düzəlib və yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq.

Verilişin adı və başlama tarixi hələlik məlum deyil. Ancaq Umka instaqramda yayılan xəbəri təsdiqləyən foto paylaşıb.

O, kanalın binasının qarşısında çəkilən şəklini izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, ANS TV-nin bir çox simaları ARB TV-də çalışmağa başlayıb. Onlardan Ulvira Qarayeva, Elgiz Əkbər və başqalarını misal çəkmək olar.

Onu da bildirək ki, Umka Hacıyeva açıq-saçıq fotolarına görə ANS-dən qovulmuşdu.

interposta.info
Geyiminə görə ANS-dən qovulan aparıcının yeni iş yeri -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26