Interposta.Info

“Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır” -

Ölkə
 4-04-2017, 17:00     634

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son günlər yaranan at və eşşək əti qalmaqalıyla bağlı sərt ittihamlarla çıxış edib.

BakiPost.az-a a
çıqlama verən millət vəkili deyib ki, aidiyyəti qurumlar, bu işə nəzarət edən dövlət təşkilatları at və eşşək əti satanlardan haqq alır: "Qanunvericiliyə görə belə işlərlə məşğul olanları cəzalar gözləyir. Lakin aidiyyəti qurumların səhlənkarlığı, yaxud da üzgörənliyi ucbatından vətəndaşlarımızın həyatını təhlükəyə atan, insanlara murdar ətlər yedirdən insanlar nəinki məsuliyyətdən yaxa qurtarır, hətta illərlə öz əməllərini davam etdirə bilirlər. Hamı bilir ki, harda nə kəsilir, niyə kəsilir. Sadəcə kimsə vaxtında "nəyisə” çatdırıb verə bilmir, ona görə də nəzarət edən qurumlar tərəfindən ifşa olunur”.

F.Mustafa bu problemin Milli Məclisdə qaldırılacağını bildirib: "Əhaliyə at və eşşək ətlərini başqa mal-heyvan əti əvəzinə yedirirlər. Bu da çox təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, cəmiyyətdə buna qarşı müəyyən səslər yüksəlməlidir. Çünki bu, insanların qida zəhərlənməsinə səbəb ola bilər.

Milli Məclisdə də bu məsələ qaldırılacaq. Amma bu, məsələnin yekunu deyil. Qurumlar var ki, onlar öz vəzifələrini yerinə yetirməlidir. Hüquq-mühafizə orqanları da bu işlərə nəzarət edən qurumlara xəbərdarlıq etməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26