Interposta.Info

İlham Əliyev Putinə başsağlığı verib

Ölkə
 3-04-2017, 21:29     564

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.

"interposta.info" xəbər verir ki, Ölkə.Az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26