Interposta.Info

Azərbaycanda 10 min ton pambıq ipliyi hara yoxa çıxıb?

Ölkə
 3-04-2017, 14:21     660

Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən hazırlanan "Xarici ticarətin vəziyyəti haqqında arayış"a görə, 2016-cı ildə pambıq ipliyi ixracatından 18 milyon 013 min 28 dollar gəlir əldə edilib. Bu o deməkdir ki, ötən il ixracata 9 min 362 ton pambıq ipliyi ixrac olunub.

interposta.info
BakiPost.az-a istinadən xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu 1 ton pambıq ipliyi ixracatından 1924 dollar, 1 kiloqramdan təxminən 2 dollar valyuta gəlirinin əldə olduğunu deyib.

İqtisadçı qeyd edib ki, bununla yanaşı 2017-ci ilin ilk 2 ayı ərzində 1 027 ton və ya 2 milyon 373 min dollarlıq pambıq ipliyi ixracata göndərilib: "Bunu da nəzərə alanda məlum olur ki, ötən il istehsal olunmuş pambıqdan alınan ipliyin 10 min 390 tonu ixrac olunub.

Dövlət Statistika Komitəsinin 2016-ci ilin yekunlarına dair məlumatında qeyd olunub ki, ötən il ərzində cəmisi 19,4 min ton pambıq iplik istehsal olunub. 2017-ci ilin yanvar-fevral ayına olan digər məlumata görə, əlavə olaraq 2,5 min ton pambıq ipliyi dəcari ilin mart ayının 1-ə qədər istehsal olunub. Onu əlavə edəndə ötən illə birlikdə bu ilin martın 1-ə olan cəmi pambıq ipliyi istehsalı 22 min tona çatır”.

Qubad İbadoğlu bildirib ki, qeyd olunan rəqəmlərə görə ötən il istehsal olunmuş pambıq ipliyinin yarısından da az hissəsi ixrac olunub: "Belə çıxır ki, 10 min tona qədər pambıq ipliyi ya ambarlarda saxlanılır, ya da daxildə hazır məhsul istehsalına yönəldililr. İnanmaq çətindir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26