Interposta.Info

İlham Əliyev onlara general rütbəsi verdi

Ölkə
 27-03-2017, 20:18     711

İlham Əliyev C.V.Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

interposta.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin", - sərəncamda qeyd edilir.

Prezident İlham Əliyevin sərəncamı ilə general rütbəsi alan Dövlət Təhlükəsizliyi Xidmətinin digər əməkdaşları bunlardır:

polkovnik Rauf Rafiq oğlu Xələfov

polkovnik İlqar Əli oğlu Musayev

polkovnik Sahib Novruz oğlu Nağıyev

polkovnik Asif Mustafa oğlu Rüstəmov.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26