Interposta.Info

Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb –

Ölkə
 27-03-2017, 19:19     598

Gəncədə aparılan abadlıq işləri kiçik sahibkarların fəaliyyətini dayandırmağa səbəb olub

24saat.org-un məlumatına görə, Gəncənin mərkəzində, Atatürk prospektində aparılan abadlıq işləri sürətləndirilib.

Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb –


Xan Bağının ətrafında və qarşısında yerləşən ərazidə yeni obyektlər tikilir. Mövcud olan ticarət subyektlərinin bəzisi isə ya bağlanıb, yaxud da sahibkarlara obyektlərində əsaslı təmir işləri aparmaq qəti şərt kimi qoyulub.

Onlardan biri – kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azər İbrahimovun işlətdiyi çayxana bağlanıb. A. İbrahimovun çayxanası öz şəxsi evində fəaliyyət göstərirdi.
Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb –


Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin tikintilərə nəzarət üzrə qeyri-qanuni nümayəndəsi Məharət Mustafayev sahibkar Azər İbrahimovun evinin qarşısında olan su hovuzunu və əkilən gül kollarını məhv etdirib.

Heç bir əsas göstərmədən illərdir işləyən ticarət obyektinin bağlanması sahibkarın narazılığına səbəb olub. Azər İbrahimovun irad və şikayətlərinə isə heç bir dövlət qurumu reaksiya vermir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26