Interposta.Info

Ərəblər

Ölkə
 27-03-2017, 17:40     1 555

“İki qız vardı. Onlar Dubaya hansı məqsədlə getdiklərini yaxşı bilirdilər. Qızlar Dubaya getdikdən sonra fahişəliyə başlayırlar. Bir gün ərəblər də bunların xidmətindən itifadə etmək istəyiblər. 5-6 ərəb bu iki qızı götürüb səhraya aparıblar. Bilirsiniz də, səhrada günortalar qızmar isti, axşamlar isə çox soyuq olur. Ərəblər saatlarla qızları beysbol ağacı ilə zorlayıblar. İşlərini bitirəndən sonra qızları lüt soyundurub səhraya buraxıblar. Azərbaycana qayıdanda qızın birinin daxili qadınlıq üzvləri hamısı çıxarıldı – sıradan çıxmışdı. Digər qız isə ağır ruhi sarsıntı keçirib, hələ də özünə gələ bilmir”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin (İAQYM) direktoru Nəzakət Balabəyova deyib.

Onun sözlərinə görə, insanları çox zaman iş, nikah adı altında aldadırlar:


“Bizim tədqiqatlar nəticəsində müəyyən edilib ki, insan alveri qurbanları hər təbəqədən ola bilər. Burada var-dövlət, savad heç bir rol oynamır. İnsan alveri qurbanı olan ziyalı ailənin qızı (cinsi istismar), savadlı kişi (əməyin istismarı), ziyalı bir ailənin uşağı (orqan transplantasiyası) qarşımıza çıxıb. Bu, elə bir vəziyyətdir ki, heç kim bundan sığortalanmayıb.

Əsasən də sosial şəbəkələrdə nikah adı ilə aldanıb gedirlər. Bəzən işlə bağlı da olur. İnsan alveri qurbanı olmaq istəməyən hər bir kəs bilməlidir ki, işlə bağlı dəvət alıbsa, onun tələbləri olmalıdır. Ən əsası, sizi dəvət edən şirkəti araşdırın. Bizim Miqrasiya Xidmətimiz var. Onlarla araşdırmaq lazımdır ki, dəvət edilən ölkədə belə bir şirkət varmı? İkincisi, işə düzələn zaman müqavilə tələb edin. Qalmaq, yaşamaq şəraiti və məvacibin ödəniş mexanizmi ilə maraqlanın. Sadaladıqlarımla heç kim maraqlanmır. İnsanlar çox zaman təklif edilən əməkhaqqını görür və digər məsələlərlə maraqlanmırlar. Mən özüm təcrübəmdə 25-ə yaxın gəncin həyatını qutarmışam”.

“İnsan alveri qurbanları ən çox hansı ölkələrə aparılır” sualına N.Balabəyova belə cavab verib:


“Əvvəllər daha çox Dubaya aparılırdı. İndi Rusiyaya aparılır. Potensial qurbanlar arasında isə İspaniya, İtaliya, Skandinaviya ölkələri, Ukrayna və başqa ölkələrə aparılanların sayı artıb. Yəni insanlar yol tapıb gedir, amma başlarına nə gələcəklərini düşünmürlər. Elə bilirlər, xarici ölkələrdə həyat daha rahatdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26