Interposta.Info

Almanlar "süni günəş" yaradırlar

Ölkə
 24-03-2017, 16:38     473

Almaniya alimləri ekoloji baxımdan təmiz yanacaq əldə edilməsi məqsədilə "dünyanın ən böyük süni günəşini" qururlar.

interposta.info
BBC-yə istinadən xəbər verir ki, Köln şəhərinin 50 kilometrliyindəki Juliks qəsəbəsində keçirilən "Synlight" eksperimentində istifadə edilən 149 projektor təbii günəş işığından 10 min dəfə parlaq işıq verir. Bu məqsədlə bütün projektorların işığı eyni bir nöqtəyə tuşlanıb. Belə bir quruluşa malik aqreqat 3500 C dərəcə istilik yaradır ki, bu da domna sobasındakı temperaturdan üç dəfə çoxdur.

Almaniya Aerokosmik Mərkəzinin tədqiqat direktoru, professor Bernard Hoffsşmidt deyir ki, bütün projektorların yandığı vaxt otağa girən hər hansı adam sadəcə olaraq külə çevrilə bilər. Məhz buna görə də eksperiment qoruyucu radiasiya kamerasında aparılır.

Bu eksperimentdən məqsəd hidrogen yanacağının əldə olunması üçün təbii günəş işığının enerjiyə çevrilməsini öyrənməkdir.

Günəş işığını güzgülərlə suya yönəldən günəş stansiyaları artıq mövcuddur. Bu stansiyalar günəşin istiliyini buxara çevirərək elektrik istehsalını təmin edir.

Synlight eksperimentində məqsəd isə eyni prinsipdən istifadə etməklə sudan hidrogeninin alınması və bunun təyyarə və avtomobil yanacağı kimi işlədilməsi mümkünlüyünün öyrənilməsidir.

Synlight hazırda böyük həcmlərdə enerjidən istifadə edir. Lakin alimlər inanırlar ki, bir gün projektorların əvəzinə təbii günəş işığından istifadə edə biləcəklər.

Doktor Hoffsşmidt deyib ki, təyyarə və avtomobilləri karbon qazından azad yanacaqla təmin etmək üçün milyardlarla ton hidrogenə ehtiyac olacaq

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26