Interposta.Info

Bakıda turizm şirkətindən şok təklif:

Ölkə
 18-03-2017, 14:04     489

Şirkət ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. Belə ki, fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcək. Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti qoyulub.

"Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman Sizi 5 ulduzlu otelə deyil, tək başına xaricdəki həbsxanada gecələməyə yollayırıq. Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik", - deyə agentliyin elanında deyilir.

Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə bilib. (baku.ws)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26