Məhkəməni udandan sonra

Norveçdə Məlikə adlı hicablı bir qız salonların birinə gedərək, saçının rəngini dəyişmək istəyib.
interposta.info Axar.az istinadən xəbər verir ki, saç ustasının buna etiraz etməsindən sonra qız onu məhkəməyə verib.
Məhkəmənin qızın xeyrinə çıxartdığı müsbət qərardan sonra o, hicabını çıxardaraq şəkilini sosial şəbəkədə paylaşıb. Bununla da o, ikinci dəfə Norveç ictimaiyyətinin diqqətini çəkməyi bacarıb. Hicabı atmağının şəxsi həyatındakı dəyişiklərlə bağlı olduğunu deyən qız artıq hicab taxmasa da, hicab hüququnu həmişə müdafiə edəcəyini bildirib.
Məlikənin sözlərinə görə, onun bu hərəkətinə mənfi reaksiya verənlərlə yanaşı, alqışlayanlar da var.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26