Interposta.Info

Türk əsgəri İŞİD-ə atılan bombaya bunu yazdı -

Ölkə
 6-03-2017, 11:05     632

Türk əsgəri İŞİD-ə atılan bombaya bunu yazdı -

Suriyada İŞİD-ə divan tutan türk əsgərlərindən biri maraqlı addım atıb.

Axar.az xəbər verir ki, Əl Babda İŞİD mövqelərini darmadağın edən trabzonlu türk əsgəri terrorçulara atılacaq bombanın üstünə “2010-2011 çempionu Trabzonspor” yazıb.

“Trabzonspor” klubunun azarkeşi olan əsgərin yazdığı bu sözlər türk əsgərinin Suriyada necə böyük ruh yüksəkliyi ilə döyüşdüyünü göstərən amillərdəndir.

Qeyd edək ki, Türkiyə Super Liqasının 2010-2011-ci il mövsümündə oyun alğı-satqılarının baş verməsi iddia olunur. “Trabzonspor” və “Fənərbaxça” klubları həmin mövsümün sonunda eyni (82) xalı toplayıblar. Lakin şəxsi görüşlərə görə çempionluğu itirən “Trabzonspor” tərəfi “Fənər”in oyun alğı-satqısında iştirak etdiyini dəfələrlə deyərək, kubokun özlərinə verilməsini tələb edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26