Interposta.Info

Ziya Məmmədov

Ölkə
 3-03-2017, 13:33     688

Ziya Məmmədov

Uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə hazırda Ziya müəllim istirahət edir. Mütaliəyə geniş vaxt ayırıb.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş millət vəkili Elton Məmmədov qardaşı, keçmiş nazir Ziya Məmmədovun hansı işlə məşğul olması barədə Modern.az-ın sualını cavablandırarkən deyib. E.Məmmədov bildirib ki, Z.Məmmədov Quranı təhlil edə bilir:

“Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26