Interposta.Info

.

Ölkə
 24-02-2017, 18:17     507

.


Onlar həqiqi islami dəyərləri təbliğ etdiklərinə görə terrora məruz qalıblar
interposta.info xəbər verir ki, Şimali Qafqazda cərəyan edən dini ekstrimizm və radikalizm rəsmi Kremli ciddi narahat edir. Moskvadakı müxtəlif müsəlman təşkilatlarının təmsilçiləri bununla bağlı narahatlıqlarını bildirirlər. “Şimal xəbərləri” Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə paytaxtında Şimali Qafqaz müsəlmanları koordinasiya mərkəzinin iclasında qurumun rəhbəri Şafiq Pişixaçev indiyədək Cənub Dairəsində 200-dən çox həqiqi islami dəyərləri təbliğ edən dini liderin öldürüldüyünü bəyan edib. Onun açıqlamasına görə, məhz bu liderlərin ekstrimizmə və terrorizmə qarşı fəaliyyəti nəticəsində Şimali Qafqaz Suriya, Liviya və İraqa çevrilməyib.
Əlisultan

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26