Interposta.Info

RÜSVAYÇI HADİSƏ: qayınata ilə gəlin intim münasibətdə olarkən yaxalandı... -

Ölkə
 23-02-2017, 18:11     1 317

RÜSVAYÇI HADİSƏ: qayınata ilə gəlin intim münasibətdə olarkən yaxalandı... -

Türkiyənin Zonquldağ şəhərində 63 yaşındakı həyat yoldaşı Məhəmməd Kısanı öldürməkdə şübhəli bilinərək hakim qarşısına çıxarılan 57 yaşındakı Huriyə Kısa tükürpədici ifadə verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qadın ilkin ifadəsində gəlini ilə yaxınlıq etdiyi üçün ərini öldürdüyünü bildirsə də hakim qarşısında fərqli şeylər danışıb.
Məhəmməd Kısa ötən il iyunun 19-da 2 mərtəbəli evin ikinci mərtəbəsindəki tualetdə ölü tapılıb. Cinayətdə şübhəli bilinən 5 uşaq anası Huriyə Kısa həbs olunub.
Zonquldağ 1-ci Kriminal Məhkəməsində hakim qarşısına çıxan Huriyə Kısa M.K.-nın (şərti addır – red.) evinə 11 il əvvəl gəlin gəldiyini deyib: “Bir il əvvəl həyat yoldaşım ilə gəlinimi axırda əxlaqsız şəkildə gördüm. Şok keçirdim. Axşam gəlinim və həyat yoldaşım mənə qarşı sərt davrandı. Həyat yoldaşıma “səhv yoldasan, sənin başını əzərlər” dedim. Gəlinim bıçaqla mənə hücum etdi. Oğlumda da müəyyən şübhələr yaranmışdı. Ölüm hadisəsindən 2-3 gün əvvəl oğlum həyat yoldaşımla mübahisə etdi. Sonra oğlum mənə “atamı öldürəcəyəm, cinayəti sən üzərinə götürəcəksən” dedi. Hadisə günü oğlum üst mərtəbədən aşağı enərək əllərini yudu. Sonra həyat yoldaşımın öldüyünü öyrəndik. Həbsxanaya girdikdən 15 gün sonra özümə gələ bildim. Analıq hislərinə görə cinayəti üzərimə götürmək istədim. Həyat yoldaşımla oğlum heç yola getmirdi”.
Oğlu Yetkin Kısa isə anasından şikayətçi olduğunu söyləyib. O, hadisə günü anasını ikinci mərtəbədən aşağı enərkən gördüyünü, yuxarı çıxdıqda isə atasının cəsədini tapdığını deyib.
Şahid olaraq dindirilən gəlin M.K. isə qayınanasının ona böhtan atdığını, cinayətin qayınanası tərəfindən törədildiyini bildirib. Məhkəmə prosesi təxirə salınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26