Interposta.Info

FOX TV Azərbaycanda bağlandı —

Ölkə
 23-02-2017, 07:34     1 289

FOX TV Azərbaycanda bağlandı —

Türkiyənin FOX TV telekanalının Azərbaycanda yayımı dayandırıldı

Ölkə.Az xəbər verir ki, yayım Milli Televiziya və Radio Şurasının göstərişinə əsasən dayandırılıb. Bu barədə Ailə Tv kanalı adlı səhifədə ilkin məlumat yayılsa da, sonradan təsdiqini tapdı.

“MTRŞ-nın göstərişinə əsasən, FOX Türk kanalının yayımı analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılmışdır. FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunacaq.” - məlumatda bildirilirdi.

Qeyd edək ki, ötən gün FOX TV-nin ana xəbər aparıcısı Fatih Portakalın Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin edilməsinə qərəzli münasibəti kanalın Azərbaycanda yayımının "qara siyahıya" salınmasına səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26