Interposta.Info

Bakıda avtobus sürücüsündən növbəti özbaşınalıq —

Ölkə
 21-02-2017, 07:25     510

Bakıda avtobus sürücüsündən növbəti özbaşınalıq —
Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusu sürücüsünün kobud qayda pozuntusu qeydə alınıb.
interposta.info xəbər verir ki, hadisə Azadlıq prospekti və Ənvər Qasımzadə küçəsinin kəsişməsində qeydə alınıb. Tanınmış jurnalist Mahir Məmmədlinin Ölkə.Az-a verdiyi məlumata görə, həmin ərazidə 85 saylı avtobusun sürücüsü öbaşınalıq edərək yol kəsişməsində böyük problem yaradıb. Sürücü qarşıda avtomobil sıxlığını görə-görə, hərəkət edərək qarşı yoldakı maşınların yolunu bağlayıb.

“Görür ki, qabaqdakı maşınlar yolayrıcında "ilişib", amma yenə sürür. Yaşıl işığın son saniyələri yanır, bu da bilir ki, qabaqda yolu bağlayacaq. Yenə də öz bildiyini edir”, - deyə Mahir Məmmədli bildirib.

Qeyd edək ki, son günlər sərnişin avtobuslarının yol qaydalarını pozması ilə bağlı faktlar da çoxalıb. Sosial şəbəkələrdə və KİV-də yayımlanan foto və videolara əsaslanaraq, deyə bilərik ki, belə hallar məhz avtobus sürücülərinin birbaşa özbaşınalığı ilə bağlıdır. Bir çox hallarda isə bildirilir ki, avtobus sürücülərinin belə qayda pozuntularına yol polisləri müdaxil əetmirlər. İttihamlara görə, yol polisləri ya onlarla bacarmırlar. Yaxud da bu barədə tədbir görmək istəmirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a bildirdi ki, əslində avtobus sürücülərinin bütün qayda pozuntuları qeydə alınır və bu barədə mütləq tədbirlrə görülür. Onun sözlərinə görə, bu video barədə də mütləq müvafiq tədbir görüləcək.

“Azərbaycanda “Yol Hərəkəti Haqqında” Qanunun tələbinə əsasən yol ayrıclarının keçmə tələbləri var. Yol ayrıcları nizamlanan və ya nizamlanmayan olur. Söhbət bu videodan, nizamlanan keçmə qaydasından gedirsə, burada da xüsusi amillər nəzərə alınmalıdır. İşıqforun yaşıl işığı yanarsa, avtmobil qarşı tərəfə hərəkət edərkən yol ayrıcında dayanmağa məcbur olacaqsa, yəni qarşı tərəfdə sıxlıq yaranıbsa, sürücü “svetafor”un işığından asılı olmayaraq yol ayrıcına daxil olmamalıdır. Qanun deyir ki, əgər yolların kəsişmə hissəsində hər hansı istiqamətdə sıxlıq yaranıbsa, maşınlar da tərpənməz vəziyyətdə qalıbsa, həmin istiqamətlər üzrə işıqforun siqnallarından asılı olmayaraq sürücü hərəkət etməməlidir. Bu birmənalı olaraq belədir”. – deyə V.Əsədov bildirib.

Qurum rəsmisi yol polisi haqqında səslənən iradlarla razılaşmadığını deyir:

“Bu gün qanunların icrasına nəzarətin gücləndiyi bir dövrdə “yol polisi sərnişin avtobusu sürücülərilə bacarmır” kəlməsi yalan ifadədir! Bu gün yol hərəkəti haqqında qanunun tələbi yerinə yetirilməlidir. Bu baxımdan nəzarət də güclüdür və heç kimə də güzəştə gedilmir. Avtobus sürücüləri ərazidə polis olmadığını görüb və nəzarətsizlik olduğunu hiss edərək istədiyi kimi qayda poza bilər. Lakin Bakı şəhərində hərəkəti izləyən və təbii görmə şəraiti yaradan kameralar var. Sürücülər elə zənn edirlər ki, ərazidə polis yoxdur, istədiklərini edəcəklər. Əslində etdikləri hərəkətləri kameralar qeydə alır və bütün qanunsuz əməllərə görə barələrində tədbirlər görülür”.

Vaqif Əsədov deyir ki, bu ilin 2 ayında avtobus sürücülərinin qayda pozması faktı ilə bağlı çoxlu protokollar tərtib edilib və onlar barədə tədbirlər görülür:

“Bu 50 gündə avtobus sürücülərilə bağlı 300-ə yaxın protokol yazılıb. Müxtəlif törədilən xətalarla bağlı qayda pozuntuları qeydə alınıb. Eyni zamanda Mərkəzi Məlumat Sistemi ilə bağlı çoxlu sayda elektron protokol tərtib edilib. Əhali arasında MMX kimi deyilən inzibati tənbeh tədbirləri görülüb.

Yəni ərazidə polis yox. Avtobus sürücüsü də baxır ki, heç kim yoxdur, qaydanı pozur. Elə bilir ki, onu görən yoxdur. Sadə vətəndaş da kənardan baxır ki, polis yoxdur, avtobus sürücü də istədiyini edir. Əslində isə onun hərəkətləri çəkilir və barəsində tədbir görülür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26