Interposta.Info

Göyçaylı gənc yeni avtomobil modeli ixtira etdi -

Ölkə
 20-02-2017, 08:47     707

Göyçaylı gənc yeni avtomobil modeli ixtira etdi -
Göyçayın Çərəkə kənd sakini 22 yaşlı Sadiq Məmmədov maraqlı bir maşın ixtira edib. Yarış avtomobillərini xatırladan maşın 70 km/saat sürətlə hərəkət edə bilir. Maşının bütün ehtiyat hissələri də ixtisasça qaynaqçı olan Sadiqin özünə məxsusdur.

Xəzər xəbər-in məlumatına görə, bu ixtirasını reallaşdırmaq üçün o, 200 manat vəsait xərcləyib.

Bir oturacaqlı, sivri uclu, 4 təkərli avtomobil daha çox "Ralli" yarışlarında iştirak edən maşınlara bənzəsə də, 20-ci əsrin əvvəllərində istehsal olunan "Mersedes Simplex" modelini də xatırladır.

Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı 70 kq yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir.

Sadiqin sözlərinə görə, arzusu ixtira etdiyi avtomobili bir az da təkmilləşdirərək, avtomatik olaraq üst örtüyünün örtülməsi, sürətin artırılması və yeni model avtomabillərdə olan konfortun alınmasıdır. Bundan başqa, hər hansi bir şirkət tərəfindən köməklik olunarasa, yerli avtomabil istehsalında bir ilkə imza ata biləcəyini də deyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26