Interposta.Info

İtkin neftçilərdən birinin meyiti tapıldı —

Ölkə
 18-02-2017, 11:19     547

İtkin neftçilərdən birinin meyiti tapıldı —

Bu gün axşam saatlarında Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

"Meyiti aşkarlayan balıqçı bizim qəsəbənin sakinidir. Həmin şəxs bu barədə dövlət qurumlarına da məlumat verib. İtkin düşən neftçilərin yaxınları, qəsəbə sakinləri ilə birgə həmin əraziyə yollandıq. Oraya gələn SOCAR-ın və digər qurumların əməkdaşları cəsədi sudan çıxararaq apardı". Modern.az saytı xəbər verir ki, bunu Xəzərdə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov bildirib.

H.Qayıbovun sözlərinə görə, tapılan meyitin kimə məxsus olduğu barədə qəsəbə sakinlərinə heç bir məlumat verilməyib: "Bizə bildirdilər ki, meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparırlar. Araşdırmadan sonra dəqiq məlumat bilinəcək. Amma meyiti aşkarlayan balıqçının dediyi əlamətlərə görə, tapılan itkin düşən neftçilərdən biridir. Tanıyanlar deyir ki, həmin əlamətlər "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində operator işləyən Sumqayıt sakininə uyğun gəlir".

***

Ölkə.Az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılır.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26