Interposta.Info

.

Ölkə
 13-02-2017, 18:15     583

.



Azərbaycan Milli Ordusu şəhid verib

interposta.info xəbər verir ki, yüzlərlə xaçmazlı fevralın 11-də, axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən şəhid olan Fuad Fərhad oğlu Qafarovu son mənzilə yola saldı. Dəfn mərasimində iştirak edən “Şimal xəbərləri” qəzetinin əməkdaşının verdiyi məlumata görə, Fuad Qafarov iki övlad atasıdır.

O, beş ildir ki, Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmətdə olub, çavuşdur, manqa komandiridir. Şəhidin dəfninə rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, millət vəkili Eldəniz Səlimov, Fuadın xidmət etdiyi hərbi hissənin rəhbərliyi və yüzlərlə ictimaiyyətin nümayəndəsi qatılıb. Şəhidin ruhuna dualar oxunub. Mərasimdə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirakçılar qarşısında geniş çıxış edərək Fuad Qafarovun qəhrəmanlıq yolundan danışıb, Azərbaycan Milli Bayrağını şəhidin atasına təqdim edib.
Onu da əlavə edək ki, şəhid Fuad Qafarov ötən ilin aprel döyüşlərində fəal iştirakına görə, Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.
Allah igid şəhidimizə rəhmət etsin!
Əlisultan

interposta.info

.
.
.
.
.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26