Interposta.Info

Gənc oğlan zorla başqasına ərə verilən sevgilisini götürüb qaçdı -

Ölkə
 11-02-2017, 11:16     628

Gənc oğlan zorla başqasına ərə verilən sevgilisini götürüb qaçdı -

Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı Sevinc Nəzərova dörd gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb

Gənc qız anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini, 22 yaşlı Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. Sevinc Nəzərova valideynlərinin onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyib.

Bir ildir bir-birlərini sevdiklərini deyən Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Oğlanın valideynləri qız evinin təzyiqi ilə üzləşdiklərini bildiriblər. Sevinc Nəzərovanın yaxınları iki dəfə Xosrov kəndinə, Hüseyn Əlizadənin evinə gedərək gənclərin yerini öyrənmək istəyiblər.

Qızın valideynləri onun zorla qaçırıldığını iddia edərək ilə polisə müraciət ediblər. Sevinc valideyinlərinə həqiqətən öz razılığı ilə qaçdığını bildirib.

interposta.info Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26