Interposta.Info

Tarif Şurasından qiymətlərin dəyişməsi ilə bağlı

Ölkə
 7-02-2017, 21:25     885

Tarif Şurasından qiymətlərin dəyişməsi ilə bağlı

Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Qaynarinfo.Az-a daxil olan məlumatda qeyd edilir ki, beynəlxalq danışıq tarifləri dəyişdirilməyib.

Xatırladırıq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26