Interposta.Info

İslam Oyunlarına

Ölkə
 3-02-2017, 13:07     519

İslam Oyunlarına

Gənclər və idman naziri Azad Rəhimovun dünən jurnalistlərə verdiyi açıqlama cəmiyyətdə müzakirə və tənqidlərə səbəb olub.

BakiPost.az xəbər verir ki, nazirin "7 ölkə bəzi səbəblərə görə hələ gələ bilmirlər, həmçinin maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək” açıqlamasından sonra sözügedən ölkələrə nə qədər maliyyə yardımı ayrılacağı başlıca mövzulardandır.

BakiPost.az-ın əməkdaşı məsələnin aktuallığını nəzərə alaraq "Azərbaycan 7 ölkənin oyunlara cəlbi üçün təxminən nə qədər pul xərcləməlidir” sualıyla iqtisadçı Natiq Cəfərliyə müraciət edib.

İqtisadçı bildirib ki, söhbət elə də böyük məbləğlərdən getmir. N. Cəfərli oyunlara gəlməsi üçün ölkələrə ediləcək yardımla bağlı təxmini rəqəmlər də səsələndirib: "Azərbaycan keçirilən hər hansı idman oyunlarına bir imic layihəsi kimi baxır. Bu imic layihəsinin də tərkib hissəsinə qonaqpərvərlik, hətta gələ bilməyən ölkələrə maliyyə dəstəyinin göstərilməsi daxildir. Hələ ki, 7 ölkənin hansılar olduğu, nə qədər idmançının gələcəyi, bunların təqribən necəyə başa gələcəyi bilinmir. Amma düşünmürəm ki, burada böyük bir məbləğ var. 7 ölkənin idmançılarının Azərbaycana gəlməsi və oyunlarda iştirakı elə də böyük bir məbləğ hesabına başa gəlməyəcək. Burada cüzi məbləğdən söhbət gedir. Yəni maksimum bir neçə yüz min dollar xərclənə bilər.

Sadəcə faktın özü bəzi insanlarda qıcıq yaradır ki, indiki dövrdə öz vətəndaşlarına, əsasən öz gənclərinin problemlərinə vəsaitin yönləndirilməsindənsə bəzi ölkələrin yol, qalma xərcinin ödənilməsinə üstünlük verən yanaşma var”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26