Interposta.Info

Gənc qızlarla fotoları yayılan Sadıqov danışdı -

Ölkə
 3-02-2017, 12:24     771

Gənc qızlarla fotoları yayılan Sadıqov danışdı -

Yəqin ki, Azərbaycanın KİV-ləri mənim üçün darıxıblar. Ona görə məni izləyirlər. Mənimlə fotolarda görünən qəşəng xanımlar çox mədəni bir zümrənin insanlarıdır. Onlar incəsənət xadimləri, modelyerlərdir.

interposta.info xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində azərbaycanlı biznesmen, “AzerRos”un sabiq prezidenti Söyün Sadıqov deyib.

Sadıqov həmin xanımlarla bir layihədə iştirak etdiklərini bildirib:

“Biz o xanımlarla bir layihədə iştirak edirik. Film çəkilişinə hazırlaşırıq. Rejissor Sergey Jdanoviçin xahişi ilə müxtəlif səpkilərdə şəkillər çəkdirmişik. Filmin adı “Qoca rəssamın həyatı” olacaq. Məndən rejissor olan dostlarım xahiş etdilər ki, kiçik bir rol oynayım. Dedilər ki, xarici görünüşümə görə italiyalılara bənzəyirəm. Yeri gəlmişkən, bu filmdə Rusiyada yaşayan yaşlı bir rəssam barədə kiçik bir epizod var. Ona görə mən fotosessiyaya çəkildim. Fikir versəniz, görərsiniz ki, şəkillər köhnə şəkil qalereyasındadır. Burada heç bir biabırçılıq yoxdur. Bilirsiniz, mən kimin xoşuna gəlirəm ya gəlmirəm, bu məni maraqlandırmır. Kim şəkillərimi Azərbaycan KİV-lərində yerləşdirib, bunu həmin jurnalistlər bilər. Ya onlardan xahiş ediblər şəkillərimi yerləşdirməyə, ya da bu, həmin jurnalistlərin öz təşəbbüsüdür. Mən və rejissor Serqey Jdanoviçin “Soyuzkino”da şəxsi studiyalarımız var. Bu yaxınlarda iki filmimiz ekranlara çıxacaq”.

Sadıqov yaxın günlərdə çəkiləcək yeni filmi haqqında da danışıb:

“Mən aktyor deyiləm, siyasətçiyəm və siyasətlə məşğulam. Şəxsi biznesim var. Bəzən qısa epizodlarda özüm çəkilirəm. Bu çox normaldır. Mən uşaqlıqdan rejissor olmağı arzulayırdım. Bu yaxınlarda bizim “Soyuzkino” Krım yarımadası haqda filmlər çəkəcək. İdeya müəllifi mənəm və bütün konsultasiyaları da özüm aparıram. “Kürən küçük filmi” də mənim ideyamdır. Film müharibə və sadiq itlərdəndir. Mən 1988-ci ildə “Mosfilm”də “Karl Marksın cavanlığı” filmində çəkilmişəm. 1987-ci ildə “Mosfilm”də Çe Gevara roluna çəkilmişəm. Filmlərdə çəkilmək siyasətlə məşğul olmağa maneə törətmir, əksinə, kömək edir. Filmlərdə epizodik rollarda çəkilmək, konsultantlıq etmək, rejissorlara və ssenaristlərə ideya vermək mənim hobbimdir”.

interposta.info

Gənc qızlarla fotoları yayılan Sadıqov danışdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26