ŞOK!

Bakıdakı "Demirchi Tower" daxilində siqaret çəkmək üçün istifadə olunan yanğın pilləkənləri bağlanaraq möhürlənəcək.
Bu barədə biznes mərkəzinin rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, ofis daxili detektorların həssaslığı artırılacaq:
"Siqaret çəkən müştərilər birinci mərtəbəyə enməli, bina girişində, çöldə siqaret çəkmək üçün ayrılmış yerdən istifadə etməlidirlər. Bu, prioritet olduğu üçün heç bir istisna edilməyəcək. Bina daxili tütün məhsullarının istehlakı barədə qəbul edilmiş qərar pozularsa, 100 AZN cərimə tətbiq ediləcək. Əgər bu təkrarlanarsa, müqaviləyə xitam veriləcək", - deyə bildirilib.
Bu qərar biznes mərkəzində çalışanların etirazına səbəb olub.
Qeyd edək ki, yanğın çıxışlarının möhürlənməsi qanunvericiliyə zidd addımdır. Cərimə tətbiq edilməsi isə absurddur. İndiki halda iş mərkəzinin rəhbərliyi özünü inzibati orqan kimi aparır.
Xatırladaq ki, 2016-cı ilin dekabrında bu mərkəzdə qətl hadisəsi baş verib. Bu da biznes mərkəzinin təhlükəsizliyinin zəif təşkil edildiyini göstərir./ölkə.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26