Interposta.Info

ATV-dən çıxarılan redaktor danışdı:

Ölkə
 30-01-2017, 20:02     728

ATV-dən çıxarılan redaktor danışdı:

İki gün əvvəl ATV-dən işdən çıxarılan tanınmış telejurnalist Jalə Əsgərova açıqlama verib.
Jurnalist bildirib ki, ATV rəhbərliyindən özünə qarşı belə bir addım atılmasına hələ də inana bilmir:
“Yəqin ki, hər hansı bir anlaşılmazlıq var. 12 ildir ki, ATV-də çox xidmətlərim olub. Bu xidmətlərin qarşılığında “Sancağ”ın qurbanı ola bilmərəm. Məsələnin müsbət həllinə ümid edirəm. Bundan artıq heç nə deyə bilmərəm”.
Jalə Əsgərova ATV-də sosial mövzuların araşdırılmasında müxbir kimi fəaliyyətə başlasa da, sonradan “Xəbərlər” proqramının aparıcısı, layihə rəhbəri və redaktor kimi fəaliyyət göstərib.
Qeyd edək ki, kanalın redaktoru Jalə Əsgərova Qafqaz Universitetinin tələbələrinin guya, Odlar Yurdu Universitetinə keçmək istəməsi ilə bağlı hazırlanan sujetə görə işdən azad edilib.
Tələbələr isə onların fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını bildiriblər. (qafqazinfo)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26