Interposta.Info

Əsgərimiz intihar edib -

Ölkə
 30-01-2017, 12:01     598

Əsgərimiz intihar edib -

Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə MilliYol.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub: "İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik".

Qeyd edək ki, Tovuz rayonunun Əlibəyli kəndində həlak olan 18 yaşlı əsgər Xanəli Fəttayev 4 ay öncə hərbi xidmətə yollanıb. Mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır. Sosial şəbəkələrdə yaylan məlumata görə, mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin iştirakçısı olub. Bu barədə "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.

interposta.info
Əsgərimiz intihar edib -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26