Interposta.Info

Bakıda şaxtalı hava ilə əlaqədar avtobus sürücülərinə tapşırıq verildi —

Ölkə
 28-01-2017, 20:15     723

Bakıda şaxtalı hava ilə əlaqədar avtobus sürücülərinə tapşırıq verildi —

Bakıda havaların şaxtalı və yolların buz bağlamasını nəzərə alaraq sərnişindaşıma ilə məşğul olan sahibkarlar və avtobus sürücülərinə xüsusi tapşırıqlar verilib.

interposta.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin məsul şəxsi Mais Ağayevin Ölkə.Az-a verdiyi məlumata görə, tapşırılıb ki, hazırda yollardakı vəziyyət nəzərə alınsın. Onun sözlərinə görə, sərnişinlərin təlabatı tam ödənilənə qədər avtobuslar öz əvvəlki rejimində çalışsınlar.


“Adi günlərdə olduğu kimi avtobuslar bu gün də saat 00:00-a qədər işləməlidirlər. Lakin hər bir daşıyıcı üzrə sahibkarlar özləri bilirlər ki, hansı istiqamətə təlabat saat neçəyə qədər olur. Bütün sürücülərə xüsusi tapşırıq verilib ki, yollarda son dərəcə ehtiyatlı olsunlar”, - deyə Mais Ağayev bildirib.

Qurum rəsmisi həmçinin onu da bildirib ki, hazırda paytaxtın müəyyən istiqamətlərində tıxaclar müşahidə olunur:

“Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə, o cümlədən “Tibilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir. Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26