Interposta.Info

"BakuBus" sürücüsünün sərnişini ölümdən xilas etdiyi anlar kameraya düşdü

Ölkə
 27-01-2017, 16:24     2 637

"BakuBus" sürücüsünün sərnişini ölümdən xilas etdiyi anlar kameraya düşdü
Ötən gün "BakuBus" avtobusunun sürücüsü sərnişinin həyatını xilas edib.

interposta.info xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə 26 yanvar tarixində sahat 09:15-də Tbilisi prospektindən hərəkət edən "BakuBus"a məxsus 6 saylı marşrut avtobusunda baş verib.

Hadisə zamanı sürücü Növruzov Oqtay Şair oğlu öz xidməti vəzifəsini yerinə yetirərək, huşunu itirib yerə yıxılan sərnişinə ilk tibbi yardım göstərmiş və onun həyatını xilas edib. Sürücü xəstənin dilini tutararaq onu ölümdən xilas edib. Sürücünün əli parçalansa da həkim gəlib çıxanadək əlini çəkməyib.

interposta.info hadisənin görüntülərini təqdim edir.


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26